Ürəyindəki problemə görə karyerasını baş vuran hücumçu: “Qorxuram...”

23-02-2022, 09:34           
Ürəyindəki problemə görə karyerasını baş vuran hücumçu: “Qorxuram...”
Ürəyində yaranan ciddi problemlər səbəbindən karyerasını başa vuran “Barselona” və Argentina millisinin sabiq forvardı Serxio Aquero yeni açıqlama verib.

O qeyd edib ki, “Barselona”ya transfer olunanda azı iki il yüksək səviyyədə oynamaq niyyətində olub.

“Barselona”dan təklif alanda heç bir tərəddüd etmədim. Mən Messi ilə necə oynayacağımı, dünya çempionatına çıxacağımı təsəvvür edirdim. Ürəyimdə baş verənlər çox qəribə və gözlənilməz oldu. Həkimlər bunun nədən qaynaqlandığını bilmirlər və mən həqiqəti öyrənmək üçün araşdırmaları davam etdirəcəyəm. Bunun COVID-19 yaxud peyvənd nəticəsində əmələ gəldiyini təəssüf ki, heç vaxt öyrənə bilməyəcəyik”, - 33 yaşlı Serxio Aquero vurğulayıb.

Futbolçu müsahibəsinin davamında qeyd edib ki, o, indi də meydana çıxmaq istəyir, amma qorxur.

“Mən bütün ömrüm boyu maksimum və yüksək rəqabət şəraitində məşq etmişəm. Futbola, xəbərlərə baxmıram, artıq nəyin baş verdiyi məni maraqlandırmır. Dostlarımla görüşmək, onlarla söhbət etmək ən sevdiyim işdir. Mənə dedilər ki, bəxtim gətirib, çünki infarkt keçirə bilərdim”, - futbolçu fikrini tamamlayıb.

Mənbə: TYC SPORTS












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.