"Mançester Yunayted" Rusiya aviaşirkəti ilə uçuşdan imtina edib

23-02-2022, 11:38           
"Mançester Yunayted" Rusiya aviaşirkəti ilə uçuşdan imtina edib
İngiltərənin "Mançester Yunayted" klubu İspaniyada "Atletiko"ya qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununa Rusiyanın “Aeroflot” aviaşirkəti ilə səyahət etməyib.

"Report" "The Athletic"ə istinadən xəbər verir k, buna Ukraynada gərginliyin artması fonunda yaranan qorxu səbəb olub.

Qərar “Aeroflot”la qarşılıqlı şəkildə qəbul edilib. Lakin onların kommersiya tərəfdaşlığı dəyişməz qalır. İspaniyaya çarter reysi ləğv edilib və "qırmızı-şeytanlar" Madridə Britaniyanın "Titan Airways" aviaşirkəti ilə gedib.

"Mançester Yunayted" daha əvvəl uzunmüddətli müqaviləyə görə avrokubok matçlarına Rusiya aviaşirkəti ilə yollanıb.

Qeyd edək ki, "Atletiko" - "Mançester Yunayted" qarşılaşması bu gün Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru