“Liverpul”dan darmadağın, “Tottenhem” uduzdu - VİDEO

24-02-2022, 09:38           
“Liverpul”dan darmadağın, “Tottenhem” uduzdu - VİDEO
İngiltərə Premyer Liqasında 13, 18 və 19-cu turların təxirə salınmış oyunları baş tutub.

“Liverpul” “Lids”i qəbul edib, “Tottenhem” “Börnli”nin qonağı olub, “Uotford” isə “Kristal Pelas”la qarşılaşıb.

Turnir cədvəlinin ikincisi olan mersisaydlılar elə ilk hissədəcə matçın taleyini həll ediblər. Salahın dəqiq vurduğu iki penalti “Liverpul”un böyük hesablı qələbəsində pay sahibi olub – 6:0.

Çempionatın iddialılarından olan “Tottenhem” ötən tur lider “Mançester Siti”yə qalib gəlsə də, bu dəfə autsayderlər sırasındakı “Börnli”yə uduzub – 0:1.

“Kristal Pelas” isə səfərdə “Uotford”dan üstün olub – 1:4.

İngiltərə Premyer Liqası

(XIII, XVIII və XIX turlar)

“Börnli” - “Tottenhem” 1:0


“Uotford” - “Kristal Pelas” 1:4


“Liverpul” - “Lids Yunayted” 6:0












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru