Çempionlar Liqası: “Mançester Yunayted” və “Ayaks” səfərdən əlverişli nəticə ilə qayıdır - VİDEO

24-02-2022, 09:53           
Çempionlar Liqası:
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk görüşlərinə yekun vurulub.

Oxu.Az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilib.

Madriddə “Atletiko” “Mançester Yunayted”i, Lissabonda “Benfika” “Ayaks”ı qəbul edib.

“Ronaldunun Madridə qayıdışı” onun komandası üçün elə də uğursuz alınmayıb. Premyer Liqa təmsilçisi oyun ərzində ev sahibinə minimal hesabla uduzsa da, sona yaxın hesabı bərabərləşdirə bilib – 1:1.

“Benfika” “Ayaks” matçı isə qonaqların oyunçusu Allerin həm öz komandasının, həm də rəqiblərin qapısına qol vurmasıyla yadda qalıb. Qarşılıqlı səylərə baxamayaraq, bu oyunda da qalibi müəyyən etmək mümkün olmayıb – 2:2

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşmaları martın 15-də keçiriləcək.

UEFA Çempionlar Liqası

1/8 final, ilk oyunlar

“Atletiko” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) 1:1

“Benfika” (Portuqaliya) – “Ayaks” (Niderland) 2:2












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru