"Barselona" Levandovski ilə müqavilə müddətini artıra bilər 19-02-2025, 12:24 İspaniyanın "Barselona" klubu futbolçusu Robert Levandovski ilə müqavilə müddətini daha 2 il artıra bilər."Report" "Diario Sport"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 36 yaşlı polşalı hücumçuya 2027-ci ilə qədər yeni sözləşmə təklif edəcək.Onun hazırkı müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq.Qeyd edək ki, Robert Levandovski cari mövsüm La Liqada 23 oyun keçirib və 20 qol vurub. Facebook-da paylaş