Əfsanələr onunla bağlı filmə çəkildilər

12-04-2025, 10:34           
Əfsanələr onunla bağlı filmə çəkildilər
“Böyük Dəbilqə” yarışlarının 22 qat qalibi ispaniyalı Rafael Nadal və 20 qat əsas çempion isveçrəli Rocer Federer “Böyük Dəbilqə”nin dördqat qalibi ispaniyalı Karlos Alkaras haqqında sənədli serialın çəkilişlərində iştirak ediblər.

Referans.az xəbər verir ki, bu, sosial şəbəkələrdə “Netflix” striminq xidməti səhifəsində yayımlanan filmin yeni treylerinden məlum olub.

Nadal və Federer Alkarasla bağlı şərh vermək üçün ekspert qismində çıxış ediblər. Bundan əlavə, serialda “Böyük Dəbilqə”nin ikiqat çempionu ispaniyalı Qarbinye Muquruza və Karlosun məşqçisi Xuan-Karlos Ferrero ilə müsahibələr təqdim olunacaq.

Serialın premyerası aprelin 23-də planlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru