Dünyanın ən çox qazanan futbolçularının siyahısı açıqlanıb

27-05-2017, 09:00           
Dünyanın ən çox qazanan futbolçularının siyahısı açıqlanıb
“Forbes” jurnalı dünyanın ən çox gəlir əldə edən futbolçuların adlarını açıqlayıb.

APA-nın məlumatına görə, İspaniyanın “Real” klubunun portuqaliyalı futbolçusu Kriştianu Ronaldu ildə 93 milyon dollar qazanaraq siyahıya başçılıq etməkdə davam edir.

İkinci pillədə “Barselona” klubu və Argentina yığmasının hücumçusu Lionel Messi (80 milyon dollar), üçüncüdə isə daha bir “Barselona”lı hücumçü Neymardır (37 milyon dollar).

Sonrakı yerdə müvafiq olaraq Qaret Beyl (“Real”, 34 milyon), Zlatan İbrahimoviç (“Mançester Yunayted”, 32 milyon), Ueyn Runi (“Mançester Yunayted”, 23,6 milyon), Luis Suares (“Barselona”, 23,3 milyon), Serxio Aquero (“Mançester Siti”, 22,6 milyon), Xames Rodriqes (“Real”, 21,9 milyon) və Pol Poqba (“Mançester Yunayted”, 21,2 milyon) kimi futbolçular qərarlaşıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru