Ronaldu vergidən yayındığına görə 6 milyon avro təzminat ödəyib

27-05-2017, 09:11           
Ronaldu vergidən yayındığına görə 6 milyon avro təzminat ödəyib
"Forbes"in versiyasına görə dünyanın ən yüksək ödənişli futbolçusu olan Kriştianu Ronaldu vergidən yayınmada ittiham olunduqdan sonra könüllü surətdə 6 milyon avro ödəyib.
"Report" xəbər verir ki, bu barədə "Marca" qəzeti yazıb.
Bundan əvvəl İspaniyanın Maliyyə Nazirliyi və Vergi Xidməti Madridin "Real" klubunun hücumçusunu 2014-cü ildə 15 milyon avro məbləğində vergidən yayınmaqda ittiham edib.
Nəşr qeyd edir ki, Ronaldu cinayət təqibi və işin açılmasından qaçmaq üçün pulu könüllü surətdə ödəyib. Cinayət işinin açılması futbolçunun cərimələnməsinə və ya 5 il müddətinə azadlıqdan məhrum ediləmsinə gətirib çıxara bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru