“Traktor” Tehran komandasına qalib gəldi

18-08-2017, 18:09           
“Traktor” Tehran komandasına qalib gəldi
Təbrizin çətin günlər yaşayan “Traktor” futbol komandası İran liqasında Tehranın “Neft” klubu ilə qarşılaşıb.
Axar.az xəbər verir ki, “Səhənd” stadionunda keçirilən oyun Azərbaycan klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı 21-ci dəqiqədə “Traktor”un oyunçusu Məhəmməd İranpuryan açıb. Hamid Ağayi 82-ci dəqiqədə hesabı bərabərləşdirib. “Traktor”a qələbə qazandıran qolu oyunun son dəqiqələrində Məhəmməd İranpuryan vurub. Bununla da Azərbaycan komandası yeni mövsümdə ilk qələbəsini qazanıb.
Qeyd edək ki, “Traktor” komandası son vaxtlar maliyyə və transfer böhranına görə çətin günlər yaşayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru