Güləşçimiz finala yüksəldi - DÇ-2017

25-08-2017, 21:44           
Güləşçimiz finala yüksəldi - DÇ-2017
Azərbaycan güləşçisi Hacı Əliyev Parisdə güləş üzrə dünya çempionatının finalına yüksəib.

Trend-in məlumatına görə, 61 kq çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev 1/16 finalda qırğızıstanlı Alibek Osmonov (8:0), 1/8 finalda Yaponiya təmsilçisi Rinya Nakamura (10:1), 1/4-də isə slovakiyalı idmançı Mikola Bolotnyuk (10:0) üzərində inamlı qələbə qazanıb.

Yarımfinalda kubalı Yovlis Bonne Rodrigesi vaxtından əvvəl - 2 dəqiqə 13 saniyəyə məğlub edən H.Əliyev finala yüksəlib.

Digər təmsilçilərimiz Mahir Əmiraslanov (57 kq) 1/16, Aleksandr Qostiyev isə (86 kq) 1/4 finalda məğlub olublar.

Xatırladaq ki, dünya çempionatında yığmamıza hələlik yeganə - bürünc medalı yunan-Roma güləşçimiz Elvin Mürsəliyev (80 kq) qazandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru