Azərbaycan güləşçisi Hacı Əliyev (61 kq) Parisdə keçirilən dünya çempionatında qızıl medal qazanıb.
APA-nın Azərbaycan Güləş Federasiyasının saytına istinadən verdiyi xəbərə görə, finalda ikiqat dünya çempionu, Olimpiya Oyunlarının bürünc medalçısı H. Əliyev rusiyalı Hacımurad Rəşidovu 7:1 hesabı ilə məğlub edib.
Həlledici görüşədək güləşçimiz Qırğızıstan, Yaponiya, Slovakiya və Kubadan olan rəqiblərinə qalib gəlib.