UEFA Messi və "Barselona"nın daha 10 futbolçusunu dopinq yoxlamasından keçirib

31-03-2018, 10:02           
UEFA Messi və "Barselona"nın daha 10 futbolçusunu dopinq yoxlamasından keçirib
Hücumçu Lionel Messi də daxil olmaqla İspaniyanın "Barselona" klubunun birdən-birə 11 futbolçusu cümə günü UEFA nümayəndələrinin dopinq nəzarəti prosedurundan keçib.

“Report” xəbər verir ki, bu barədə Kataloniya komandasının rəsmi "Twitter" səhifəsi məlumat yayıb.

Bildirilir ki, anti-dopinq yoxlamasına argentinalı futbolçu ilə yanaşı Şteqen, Pike, Rakitiç, Buskets, İnyesta, Suares, Dembele, Alba, S. Roberto və Yumtiti məruz qalıb. Futbolçulardan qan və sidik analizları götürülüb.

"Barselona" futbolçuları dopinq nəzarət prosedurundan ölkə çempionatının 30-cu turu çərçivəsində "Sevilya" ilə martın 31-nə nəzərdə tutulan səfər qarşılaşması öncəsi keçiblər.

Bu görüşdən sonra Kataloniya komandası aprelin 4-də öz meydanında Çempionlar Liqasının ¼ finalı çərçivəsində "Roma"nı qəbul edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru