Gürcüstan müxalifəti prezident seçkilərinin nəticələrini tanımadığını elan edib

30-11-2018, 05:32           
Gürcüstan müxalifəti prezident seçkilərinin nəticələrini tanımadığını elan edib
Gürcüstanın birləşmiş müxalifəti ötən gün keçirilmiş prezident seçkilərinin ikinci turunun nəticələrini tanımadığını bildirib.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə Vahid Milli Hərəkat Partiyasının prezidentliyə namizədi olan Qriqol Vaşadze Tbilisidə Filarmoniya binasında tərəfdarları ilə keçirdiyi görüşdə deyib.

O, birləşmiş müxalifətin ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb etdiyini bildirib.

Q.Vaşadze bu həftənin bazar günü Rustaveli prospektində eyni tələblə kütləvi dinc aksiyanın keçiriləcəyini elan edib.

Qeyd edək ki, prezident seçkilərinin ikinci turunda Salome Zurabişvili 59,52%, Qirqol Vaşadze isə 40,48% səs əldə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru