3 yaşlı qız döş xərçənginə tutuldu
6-12-2018, 06:47
![3 yaşlı qız döş xərçənginə tutuldu](/uploads/posts/2018-12/1544064472_1.jpg)
Çinin Şandun bölgəsində 3 yaşlı qızcığazın döş xərçənginə tutulduğu və əməliyyat olunduğu üzə çıxıb. Bu barədə lenta.ru saytı xəbər verib.
Mart ayında 3 yaşlı qızın anası övladının alt paltarındakı ləkələrə diqqət edib. Bundan bir neçə həftə sonra isə qızının sinəsində dəyişiklik hiss edib. Daha sonra qadın öz qızını mütəxəssisə göstərib. Həkim qızda vaxtından əvvəl cinsi yetişkənlik əlamətləri müşahidə edib və buna görə də onun qidalanmasına xüsusi diqqət edilməsini, bu prosesi sürətləndirəcək qidalara üstünlük verilməməsini tapşırıb. Qadını söhbətin bu cür yekunlaşması qane etməyib. Ona görə də başqa bir xəstəxanaya müraciət edib.
İkinci baxış zamanı qızda sol döşündə xərçəng əlamətləri aşkarlanıb. Ümumi analizlərdən sonra onda xərçəngin nadir növünün olması üzə çıxıb. Qızı uğurla əməliyyat ediblər və döşünü saxlamaqla həmin şişi kənarlaşdırıblar. Xərçəngi onun erkən mərhələsində tapdıqları və dərhal müalicə etdikləri üçün yayılma ehtimalının olmadığı da bildirilir.