“Bal-E” raket sistemlərinin alınması barədə Rusiyaya müraciət olunmayıb - MN

6-12-2018, 09:44           
“Bal-E” raket sistemlərinin alınması barədə Rusiyaya müraciət olunmayıb - MN
Azərbaycanın Müdafiə Nazirliyi son günlər müxtəlif KİV-lərdə “Bal-E” raket sistemlərinin alınmasında Azərbaycanın maraqlı olduğu, lakin Rusiyanın kompleksin Azərbaycana satışını məqsədəuyğun saymaması barədə yayılan məlumatlara cavab verib.

Nazirlikdən Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, bu barədə heç bir rəsmi danışıq aparılmayıb: “Rəsmi olaraq bildiririk ki, adı çəkilən “Bal-E” raket sistemlərinin alınması məqsədilə tərəfimizdən danışıqlar aparılmayıb və kompleksin əldə olunması niyyətimiz də olmayıb. Eyni zamanda onu da qeyd edək ki, Azərbaycanın Xəzər dənizi sektorunda təhlükəsizliyinin təmin edilməsi məqsədilə müxtəlif ölkələrin müvafiq qabaqcıl müdafiə sistemlərindən və raket komplekslərindən istifadə edilir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru