Putin və Medvedevin maskası ilə 2 türk soyuldu - 20 min dollar

7-12-2018, 10:30           
Putin və Medvedevin maskası ilə 2 türk soyuldu - 20 min dollar
Ukraynada iki türk vətəndaşı Putin və Medvedev maskalı silahlı şəxslər tərəfindən soyulub.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Lubyanka kəndində bir neçə ay əvvəl baş vermiş hadisədə oğrular türklərin 20 min dollarını oğurlayıb.

Polis hadisədən sonra Kiyevdə apardığı əməliyyat nəticəsində 4 nəfəri saxlayıb.

“TurkRus”un xəbərinə görə, qarətçilərin silahları arasında əl bombasından tapançaya qədər bütün silahlar olsa da, ən çox diqqət çəkən Putin və Medvedev maskaları olub.

Həmin maskalar “dəlil” olaraq götürülüb.

Qarətçilərin 30 və 55 yaşları olduğu bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru