Meksikada bir qrup miqrant atəşə tutulub

10-12-2018, 06:58           
Meksikada bir qrup miqrant atəşə tutulub
Mərkəzi Amerika ölkələrindən olan bir qrup miqrant Meksikanın Verakrus ştatından ABŞ sərhədi istiqamətində gedən yolda atəşə tutulub.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, nəticədə bir qadın ölüb, daha üç nəfər, eləcə də, üç yaşlı uşaq yaralanıb.

Ehtimala görə, silahlı hücumun arxasında yerli polislər dura bilər, lakin bu məlumat rəsmi olaraq öz təsdiqini tapmayıb.

Hazırda Meksika ərazisi ilə ABŞ istiqamətində Mərkəzi Amerikadan olan bir neçə miqrant karvanı hərəkət edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.