Ölkədə bu günədək nə qədər pambıq yığılıb? - Komitə açıqladı

11-12-2018, 20:14           
Ölkədə bu günədək nə qədər pambıq yığılıb? - Komitə açıqladı
Dekabrın 11-dək ölkə üzrə pambıq qəbulu məntəqələri keçən ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz çox pambıq qəbul edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, pambıq qəbulu məntəqələrinə 222 min 748 ton məhsul təhvil verilib: "Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,9 min ton çoxdur".

Komitə bildirib ki, bu il Azərbaycanda 22 rayonda 132 min 512 hektarda pambıq əkini aparılıb: "Ölkə üzrə ən çox pambıq Saatlı (15 min 815 hektar), İmişli (13 min 645 hektar), Sabirabad (13 min 55 hektar), Biləsuvar (12 min hektar), Ağcabədi (10 min hektar), Bərdə (9 min 630 hektar) və Beyləqan (9 min 560 hektar) rayonlarında əkilib. Pambıq əkinlərinin 2/3 hissəsi bu rayonların payına düşür".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru