Konqoda Ebola virusuna yoluxanların sayı 500-ə çatıb 12-12-2018, 06:51 Konqo Demokratik Respublikasında iyul ayının sonundan Ebola virusuna yoluxanların sayı 500-ə çatıb.Trend-in məlumatına görə, bu barədə Konqonun Səhiyyə Nazirliyinin Twitter səhifəsində bildirilir.Məlumatda bildirilir: "Virusun aşkar edildiyi vaxtdan 500 yoluxma halı qeydə alınıb. Onlardan 452-si təsdiqlənib, 48-i isə yoxlanılır".Virusa yoluxanlardan 289-u dünyasını dəyişib, 172-si isə sağalıb.Avqustun 8-dən 44 447 nəfər vaksinasiya olunub. Facebook-da paylaş