İranda elektrik enerjisi istehlakı əhali artımından 8 dəfə çox artıb

13-12-2018, 07:15           
İranda elektrik enerjisi istehlakı əhali artımından 8 dəfə çox artıb
İranda inqilabdan sonra orta hesabla ildə elektrik enerjisi istehlakı 5,5%-dən çox artıb. Əhali artımı və elektrik enerjisi istehlakının artımı müqayisə edildikdə, elektrik istehlakı əhali artımından 8 dəfə çox olub.

Trend-in İran KİV-lərinə istinadən verdiyi məlumaat əsasən, bunu ölkənin Energetika Nazirliyinin elektrik istehsalı strategiyası və nəzarət idarəsinin baş direktoru Məhəmməd Əli Fərəhnakian deyib.

Onun sözlərinə görə, 30-40 il ərzində ölkədə enerji istehlakı yüksəlməkdə olub: "İnqilabdan sonra İranın pik elektrik enerjisi istehlakı təxminən 3600 meqavat olub. Halbuki bu rəqəm cari ildə (21 mart 2018-dən başlayaraq) 57 min meqavatı da keçib".

Nazirliyin baş direktoru əlavə edib ki, inqilabdan sonra əhali artımı 2,5 dəfə olubsa, elektrik enerjisi istehlakı 7 dəfə artıb: "Bundan əlavə, adam başına elektrik enerji istehsalı da elə bu həcmdə artıb. Beynəlxalq Enerji Agentliyinin 2017-ci il statistikasına əsasən İran elektrik istehsalı obyektləri baxımından dünyada 14-cü, Yaxın Şərq və Qərbi Asiyada 1-ci yeri tutur".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru