Bərdədə MÜƏMMALI CİNAYƏT - 34 yaşlı kişi ürəyindən bıçaqlandı

13-12-2018, 21:03           
Bərdədə MÜƏMMALI CİNAYƏT - 34 yaşlı kişi ürəyindən bıçaqlandı
Bərdə sakini naməlum şəraitdə bıçaqlanıb.

Teref.az xəbər verir ki, hadisə rayonun İstisu adlanan ərazisində baş verib.

Rayonun Soğanverdilər kənd sakini, 1984-cü il təvəllüdlü Teymurov Ruslan İlyas oğlu naməlum şəxslə mübahisə nəticəsində sol döş qəfəsindən bıçaqlanıb.

Yaralı təcili Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

Faktla bağlı cinayət işi başlanıb, hadisəni törədən şəxsin kimliyi müəyyənləşdirilir.(publika.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru