ABŞ-da tutulan rusiyalı siyasi fəal günahını etiraf edib
14-12-2018, 07:09
Cari ilin iyulunda Vaşinqtonda yerli xüsusi xidmət orqanları tərəfindən casusluqda ittiham edilərək tutulan rusiyalı siyasi fəal Mariya Butina ABŞ məhkəməsində Birləşmiş Ştatlara qarşı işbirliyinə girdiyini etiraf edib.
“Report” CNN-ə istinadən xəbər verir ki, istintaqla əməkdaşlıq ona maksimum cəzadan yayınmağa kömək edəcək.