Almaniyada Santa-Klaus çatışmazlığı yaranıb

15-12-2018, 07:53           
Almaniyada Santa-Klaus çatışmazlığı yaranıb
Almaniyada Santa-Klaus çatışmazlığı yaranıb.

Bu barədə "Report" "The Times" qəzetinə istinadən xəbər verir.

Qəzetin məlumatına görə, alman uşaqlar yeni il bayramında santa-klausların çatışmazlığı üzündən pərt ola bilər.

Almaniyada ailələr Santa-Klausu evlərə uşaqlara şeir oxumaq, hekayə danışmaq və mahnı ifa etmək üçün dəvət edirlər. Bu məsələdə "sehrbazlar"ı əsasən tələbələr canlandırırlar. Lakin Santa-Klausun qazancının 100 avroya çatmasına baxmayaraq, bu işə marağın azaldığı bildirilir.

Buna səbəb kimi ali təhsil məktəblərində tələbələrin gərgin məşğulluğu və xristian dininə inamın aşağı olması göstərilir.

Hər il 2,5 sifariş qəbul edən Santsa-Klausun Berlin ofisi bildirib ki, onun ştatı 500 əməkdaşdan 200-ədək azalıb.

Santa-Klausların kəskin çatışmazlığı Almaniyanın şərq əyalətlərindədir. Məlumata görə, belə hallar əsasən Saksoniya və Brandenburqda meydana gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru