Londonda naməlum şəxs xəncərlə ətrafdakılara hücum edib 19-12-2018, 20:03 Böyük Britaniyanın paytaxtı London şəhərinin şərq bölgəsində yerləşən bir tibb mərkəzində naməlum şəxs xəncərlə ətrafdakılara hücum edib.“Report” “The Telegraph”a istinadən xəbər verir ki, nəticədə 3 nəfər xəsarət alıb.Hadisə yerinə gələn polis həmin adamı saxlayıb. Araşdırma aparılır. Facebook-da paylaş