Gürcüstanda Azərbaycan şirkətinə maskalı şəxslər basqın etdi –Oğurluq

21-12-2018, 07:10           
Gürcüstanda Azərbaycan şirkətinə maskalı şəxslər basqın etdi –Oğurluq
Gürcüstanın Zuqdidi şəhərində yerləşən “Tural Group” adlı Azərbaycan şirkətinə məxsus fındıq fabrikinə silahlı basqın olub.

Strateq.az “Report”a istinadən xəbər verir ki, saat 22:00 radələrində üç maskalı şəxs fabrik binasına basqın edərək, 50 min lari məbləğində pul oğurlayıb.

Şirkətin meneceri Maya Mikava bildirib ki, basqınçılar fabrik əməkdaşını döyüblər və o, xəstəxanaya çatdırılıb.

Gürcüstan Daxili İşlər Nazirliyi fındıq fabrikindən oğurluq olması faktını təsdiqləyib. Faktla bağlı istintaqa başlanılıb.

Qeyd edək ki, “Tural Group” şirkətinə məxsus fındıq fabriki Zuqdididə ən iri müəssisələrdən biridir. Şirkət 2016-cı ildə qeydiyyata alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru