Çexiyada mədəndə partlayış olub, ölən və yaralananlar var

21-12-2018, 07:21           
Çexiyada mədəndə partlayış olub, ölən və yaralananlar var
Çexiyanın ČSM-şimal mədənində metan qazının partlaması nəticəsində 1 nəfər ölüb, daha 10-u yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə OKD şirkətinin nümayəndələri məlumat yayıb.

Bildirilir ki, daha 10 nəfərin aqibəti barədə məlumat yoxdur.

Hazırda mədəndə bütün işlər dayandırılıb. Xilasedicilər insanları mədəndən çıxarmağa çalışırlar.

Yerli KİV-in məlumatına görə isə, partlayış nəticəsində 5 nəfər ölüb.

Daha əvvəl Çexiyada mədəndə partlayış nəticəsində 4 nəfər ölmüşdü.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru