40 dəqiqə paltaryuyan maşında yuyulan pişik ölmədi

22-12-2018, 06:24           
40 dəqiqə paltaryuyan maşında yuyulan pişik ölmədi
Norveçin paytaxtı Oslo şəhərində Zero ləqəbli pişik təsadüfən paltaryuyan maşına girib və orda 40 dəqiqə qalıb. 30 dərəcəli rejimdə, yun paltarlarla yanaşı “yuyulan” pişik sağ qalıb. Bu barədə Norveçin NRK portalı xəbər verib.

Paltarları maşına yığanda pişik də qəfil özünü maşının içinə atıb və bunu heç kim fərq etməyib. Paltar yuyulub qurtarandan sonra pişiyi 14 yaşlı Yoakim fərq edib. Uşaq deyib: “Pişik çox islanmışdı. Üstəlik, pişik hər zamankından daha arıq və cansız görünürdü. Heyvan çətinliklə oriyentasiyasını müəyyənləşdirirdi və maşından çıxan kimi qaytarmağa başladı”.

Pişiyi veterinar klinikaya aparıblar və müalicə başladılıb. İki gün sonra heyvan öz sahiblərinə qaytarılıb. Sonuncular artıq ona hədsiz dərəcədə diqqətlə yanaşılar və hər dəfə paltaryuyan maşına paltar qoymamışdan əvvəl diqqətlə onun içini yoxlayırlar. Bu ilin 13 dekabrında isə Rusiyanın Uxta bölgəsində bir nəfər öz tanışının pişiyini paltaryuyan maşında fırlatdığı üçün onu məhkəməyə vermişdilər.



Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.