Əkizlər 15 il fasilə ilə dünyaya gəldi

22-12-2018, 06:25           
Əkizlər 15 il fasilə ilə dünyaya gəldi
Amerikada mayalanması eyni gündə baş verən üç cüt əkiz uşaq 15 il fasilə ilə dünyaya gəlib. Onların hekayəsini “New-York Post” nəşri yazıb. Aleks və Kurt Conson - əkizlərdən ən böyüyüdür və 15 il öncə dünyaya gəlib.

Mattiias və Ceyms Qardnet isə bir il öncə. Ən balacaları - Elianna və Alisa Hefner əkiz bacıları isə 6 ay bundan əvvəl dünyaya gəlib. Bununla belə, onların valideynləri eyni adamlardır və onların mayalanması 2002-ci ildə baş verib. Onların bioloji anası, 53 yaşlı Meri Conson 16 il bundan öncə süni mayalanma prosedurundan keçib. Mütəxəssislərin yardımı ilə o, bir neçə embrion əldə edib. Embrionlardan ikisi onun bətninə yerləşdirilib, daha 12 dondurulmuş embrion isə gələcəkdə ehtimal edilən hamiləlik üçün saxlanılıb.

2009-cu ildə həkimlər Consona xəbərdarlıq etdilər ki, onun səhhətində problem olduğu üçün bir daha uşaq doğa bilməz. Həmin vaxt o, embrionlarını Milli Embrional Donorluq Milli Mərkəzinə verdi. Bunu da o şərtlə etdi ki, uşaqlar dünyaya gələndə onları görə biləcək. Hər üç ailə bir-birilə əlaqə yaradır və bir-birinə uşaqların fotolarını yollayır. Növbəti yay onlar görüşməyi və uşaqlarını tanış etməyi düşünür.



Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.