“Qafqazinfo”nun baş redaktoru istefa verdi

24-12-2018, 11:58           
“Qafqazinfo”nun baş redaktoru istefa verdi
“Qafqazinfo.az” saytının baş redaktoru Elnur Məmmədli vəzifəsindən istefa verdiyini bildirib. Modern.az-ın məlumatına görə, E.Məmmədli bununla bağlı sosial şəbəkədə paylaşım edib:

“Dostlar, 9 ildir baş redaktoru olduğum “Qafqazinfo”dan ayrılmaq qərarı verdim. Mən həmişə o düşüncədə olmuşam ki, insan daha məhsuldar olmaq üçün 5-6 ildən bir öz iş yerini dəyişməlidir. Bunu edə bilmirsə, heç olmasa 9-10 ildən bir.
“Qafqazinfo” və onun kollektivi mənə doğmadır və həmişə də belə qalacaq. Hər kəsə uğur olsun!”.

E.Məmmədli istefasının səbəblərinə aydınlıq gətirməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru