Əfqanıstanda hökumət binasına hücum nəticəsində 27 nəfər həlak olub - VİDEO

25-12-2018, 00:21           
Əfqanıstanda hökumət binasına hücum nəticəsində 27 nəfər həlak olub - VİDEO
Əfqanıstanda hökumət binasına silahlı hücum nəticəsində 27 nəfər həlak olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə paytaxt Kabildə baş verib. Ölənlərin əksəriyyəti mülki şəxslərdir.

***18:45

Əfqanıstanın paytaxtı Kabil şəhərində daha iki partlayış baş verib, atışma səsləri gəlir.

“Report” “ToloNews” telekanalına istinadən xəbər verir ki, hadisə ölkənin İctimai İşlər Nazirliyi binasının qarşısında qeydə alınıb.

Şahidlərin dediyinə görə, partlayış nəticəsində azı 5 nəfər ölüb.

Bundan əvvəl həmin Nazirliyin qarşısında bir avtomobilin partladıldığı, sonra da bir qrup naməlum şəxsin ətrafa atəş açaraq içəri daxil olduqları, nəticədə dörd nəfərin xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilmişdi.
Video aşağıda:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru