Tanınmış riyaziyyatçı donvurmadan öldü - FOTO

25-12-2018, 09:57           
Tanınmış riyaziyyatçı donvurmadan öldü - FOTO
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) fəxri üzvü, tanınmış rusiyalı riyaziyyatçı Eduard Dubovu Moskvada don vurub.

Oxu.Az “Ren” TV-yə istinadən xəbər verir ki, Dubov dekabrın 23-də gecə saatlarında ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Riyaziyyatçının ətraflarını kəskin şəkildə don vurduğu bildirilir. İlkin məlumatlara əsasən, mərhum hadisə zamanı spirtli içkinin təsiri altında olub.

Həkimlər onun həyatını xilas edə bilməyib, reanimasiyada dünyasını dəyişib.
Eduard Dubov - Moskva Riyaziyyat İcmasının üzvi idi. Şahmatda isə daha çox Sovet reytinq sisteminin yaradılmasına verdiyi töhfələrə görə tanınır. 90-cı illərdə Moskvanın Şahmat Federasiyasının rəhbəri olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru