Ermənistan ordusunun hərbçiləri minaya düşüblər

25-12-2018, 17:45           
Ermənistan ordusunun hərbçiləri minaya düşüblər
Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilən Ermənistan ordusunun dörd hərbi qulluqçusu minaya düşərək müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb

Bu barədə Ermənistan mətbuatında və sosial şəbəkələrdə məlumatlar yayılıb.

Yaralanan hərbi qulluqçuların yaxınlarının verdikləri məlumatlardan məlum olur ki, düşmən ordusunun hərbi qulluqçuları mayor Avetik Balayan, Hraçik Koçaryan, baş çavuş Gevorq Hovanesyan və adı açıqlanmayan daha bir əsgər minaya düşdükləri üçün hərbi hospitala yerləşdirilib.

Qohumları yaralıların vəziyyətlərinin ağır olduğunu deyiblər. A.Balayanın və H.Koçaryanın ayaqlarının dizdən aşağı amputasiya edildiyi bildirilib.

Baş verən hadisələrlə bağlı araşdırma aparılır.(AzərTAc)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru