Ermənistan silahlı bölmələrinin Ağdamı atəşə tutması nəticəsində dinc sakin yaralanıb - FOTO

27-12-2018, 07:40           
Ermənistan silahlı bölmələrinin Ağdamı atəşə tutması nəticəsində dinc sakin yaralanıb - FOTO
Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayonunun işğal altında olan ərazilərdən üzbəüz mövqedə yerləşən Mirəşelli kəndini bir neçə dəfə atəşə tutublar.

"Report"un Qarabağ bürosunun məlumatına görə, nəticədə Bakıdan rayona yaxınının məzarını ziyarət etməyə gedən rayonun Baş Qərvənd kənd sakini, 73 yaşlı Dilşad Allahverdiyeva qulaq nahiyəsindən bir güllə yarası alıb.

Qadın yaxınları tərəfindən Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. D.Allahverdiyev tibbi yardım aldıqdan sonra evə buraxılıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru