Kolumbiyada avtobus 150 metrdən uçuruma düşüb, 8 nəfər ölüb

27-12-2018, 07:59           
Kolumbiyada avtobus 150 metrdən uçuruma düşüb, 8 nəfər ölüb
Kolumbiyada kəndliləri daşıyan avtobusun uçuruma yuvarlanması nəticəsində 8 nəfər həyatını itirib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu çərşənbə günü Boyaka departamentinin polis rəisi Fernando Triana deyib.

İlkin məlumata görə, 150 metr yüksəklikdən yarğanın yamacına yuvarlanan avtobusun salonunda ümumilikdə 19 nəfər olub.

"Tiempo" portalı yazır ki, qəza zamanı ölən sürücünün 80 yaşı olub.

Daha əvvəl Misirdə yük maşını mikroavtobusla toqquşub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru