Qobuda ata və oğul qonşunu tüfənglə güllələdi

28-12-2018, 23:09           
Qobuda ata və oğul qonşunu tüfənglə güllələdi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Tural Əlizadə, onun atası Zakir Əlizadə və Xuliqanlıqda ittiham olunan babək Quliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb

Hakim Şəkər Məmmədovanınnın sədrliyi ilə keçirilən prosesdə məhkəmənin hökmü ilə Z.Əliyev 18 il, və T.Əlizadə isə 17 il müddətinə azadlıqdan məhrum edilib. B.Quliyev isə 2 il müddətinə islah işləri cəzasına məhkum olunub.

Qeyd edək ki, hadisə Abşeron rayonunun Qobu qəsəbəsində baş verib. 43 yaşlı Abbasov Rövşən Rafiq oğlunu "Vinçester" markalı silahla qətlə yetirən 25 yaşlı Tural Zakir oğlu Əlizadə həbs edilib. T.Əlizadə istintaqa ifadəsində bildirib ki, R.Abbasovla əvvəlcədən ədavəti olub.

Daha sonra qətlin iştirakçısı kimi T.Əlizadə onun atası Z.Əlizadə və B.Quliyev də həbs edilib.(olke.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru