Rusiyada 11 nəfər qar uçqunu altında qalıb

29-12-2018, 08:08           
Rusiyada 11 nəfər qar uçqunu altında qalıb
Rusiyanın Xabarovsk diyarının Nikolayev rayonunda 11 nəfər qar uçqunu altında qalıb.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndəsinə istinadən RİA "Novosti"yə məlumat yayıb.

Onun sözlərinə görə, şənbə günü səhər FHN-ə Nikolayev rayonunun Mnoqoverşinnı qəsəbəsində dağ-mədən müəssisəsindəki açıq tipli mədən dəhlizində 11 nəfərin qaç uçqunu altında qalması barədə məlumat daxil olub.

FHN nümayəndəsi bildirib ki, əvvəlcə qar uçqununa bir nəfər düşüb, ardınca ikinci uçqun baş verib və daha 10 nəfər onun altında qalıb.

Hazırda ərazidə xilasetmə işləri aparılır.

Bu ilin martında İsveçrədə qar uçqunu nəticəsində bir qrup turist itkin düşmüşdü.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.