Bakı bulvarında iki uşaq anası özünü dənizə ataraq intihar edib

30-12-2018, 20:17           
Bakı bulvarında iki uşaq anası özünü dənizə ataraq intihar edib
Bakıda Dənizkənarı Milli Parkda ("Bulvar otel"in yaxınlığı) dənizə düşən şəxsin adı məlum olub.

"Report"un məlumatına görə, özünü dənizə ataraq intihar edən şəxs 1983-cü il təvəllüdlü Binəqədi rayon sakini Rüstəmova Dilrubə Xalid qızıdır.

Ərazidə olan 1985-ci il təvəllüdlü Quliyev Ruslan Etibar oğlu onu xilas etməyə çalışıb, lakin mümkün olmayıb.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib. Xilasedicilər D.Rüstəmovanın meyitini sudan çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

D.Rüstəmova iki uşaq anasıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru