ABŞ-da atışma nəticəsində uşaq ölüb

31-12-2018, 08:09           
ABŞ-da atışma nəticəsində uşaq ölüb
Amerikanın Texas ştatında naməlum şəxs içərisində qadın və dörd qızının olduğu avtomobilə atəş açıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə şerifin ofisinə istinadən ABC13 telekanalı məlumat yayıb.

Bildirilir ki, hadisə barədə məlumat şerif ofisinə bazar günü yerli vaxtla 7.15-də daxil olub. Beş nəfər "Walmart" mağazasından çıxıb gedən zaman naməlum şəxs onların maşınının qarşısını kəsib və atəş açmağa başlayıb.

Nəticədə 7 yaşlı qız uşağı ölüb, daha bir kiçik uşağa qəlpə dəyib. Onların anası əlindən güllə yarası alıb. Digər iki qız isə xəsarətsiz ötüşüb.

Polis cinayət işinin araşdırmasını davam etdirir.

Daha əvvəl də Texas ştatında, sakinlərdən birinin azyaşlı övladının ad günü münasibətilə keçirdiyi şənlik mərasimində atışma baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru