Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında baş verən partlayış nəticəsində iki nəfər ölüb

31-12-2018, 09:29           
Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında baş verən partlayış nəticəsində iki nəfər ölüb
Dekabrın 31-də yerli vaxtla saat 04 radələrində Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında qaz sızması nəticəsində partlayış baş verib.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Rusiyanın Fövqəladə Hallar Nazirliyi partlayış və onun təsirindən binanın giriş hissəsinin uçması nəticəsində 2 nəfərin həlak olduğunu açıqlayıb. Dağıntılar altından 10 nəfərin, o cümlədən bir azyaşlının çıxarıldığı bildirilib. Qırx səkkiz mənzilli onmərtəbəli binada yaşayan 110 sakindən 16-sı təxliyə edilib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin 350-dək əməkdaşı və 26 texnikası hadisə yerinə cəlb olunub. Ərazidə, həmçinin təcili tibbi yardım briqadaları fasiləsiz fəaliyyət göstərirlər.

Prezident Vladimir Putin hadisə barədə dərhal məlumatlandırılıb. Dövlət başçısının tapşırığı ilə fövqəladə hallar naziri Yevgeni Ziniçev dərhal hadisə yerinə gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru