Sakit okeanda yük gəmisi yandı

1-01-2019, 13:33           
Sakit okeanda yük gəmisi yandı
Sakit okeanda Panama bayrağı altında üzən yük gəmisində yanğın başlayıb.

Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Sahil Mühafizəsi Xidməti məlumat yayıb.

Hadisə Havay adalarından 3330 kilometr şimal-qərbdə qeydə alınıb.

Gəminin 21 nəfərlik heyət üzvündən 4-ü sala keçib, qalan 17 nəfər isə yanğını söndürməyə çalışır. Hadisə yerinə ABŞ Sahil Mühafizə Xidmətinə məxsus bir təyyarə və yaxınlıqdakı yük gəmiləri göndərilir.

“Sincerity Ace” avtomobil daşıyan gəmisi Yaponiyadan Havay adalarına doğru hərəkət edirmiş.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru