Hava limanında bomba həyəcanı

1-01-2019, 20:26           
Hava limanında bomba həyəcanı
Hollandiyanın paytaxtı Amsterdamda yerləşən “Schiphol” hava limanında bomba həyacanı verilib. AzEuroNews.com xəbər verir ki, buna səbəb bir nəfərin polisə zəng vuraraq hava limanında bir şəxsin üzərində bomba olduğu ilə bağlı bağlı məlumat verməsi olub.

Polisə zəng vuran şəxs bildirib ki, şübhəli şəxs “Allahu Əkbər” deyə bağırıb. Hadisə yerinə çoxlu sayda xüsusi təyinatlı polis əməkdaşı cəlb olunub. Hava limanının bəzi bölmələrində olan sərnişinlər təcili təxliyə edilib.

Polisin hava limanında keçirdiyi əməliyyat zamanı şübhəli sağ olaraq ələ keçirilib.

Hazırda “Schiphol” hava limanının işində heç bir problem yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru