Fransanın axtardığı terrorçular Türkiyədə tutuldu 2-01-2019, 19:11 Türkiyə polisinin həyata keçirdiyi əməliyyat zamanı İŞİD üzvü olan 12 nəfər saxlanılıb.Axar.az xəbər verir ki, saxlanılanlar arasında Suriyada İŞİD-in komandirlərindən birinin cangüdəni də var.Saxlanılanlardan bəzisinin Fransa tərəfindən qırmızı bülletenlə axtarışa verdiyi də bildirilib. Facebook-da paylaş