İki yaşlı uşaq nəhənglərin arasında

3-01-2019, 08:21           
İki yaşlı uşaq nəhənglərin arasında
Mühafizəçilər cəld tərpənərək, uşağı qəfəsdən çıxara biliblər

ABŞ-ın Florida ştatında yerləşən zooparkda qorxulu anlar yaşanıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki yaşlı uşaq gözdən uzaqlaşaraq kərgədanlar olan qəfəsə girib.

Uşaq dəmir barmaqlıqlar arasında kərgədanların olduğu qəfəsə daxil olduqdan sonra heyvanlar ona doğru gəliblər. Mühafizəçilər cəld tərpənərək, uşağı qəfəsdən çıxara biliblər.

Uşaq üz nahiyyəsindən xəsarət alıb. O və anası xəstəxanaya çatdırılıb. Körpənin atası hadisəni "dəhşətli səhnə" kimi dəyərləndirb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru