Aslan zoopark əməkdaşını parçalayıb

3-01-2019, 08:22           
Aslan zoopark əməkdaşını parçalayıb
Polis əməkdaşları gəncin cəsədini qəzəbli şirin caynağından çıxarmağa cəhd etsələr də, heyvan buna imkan verməyib
ABŞ-da zooparka faciə baş verib. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, hadisə Şimali Karolina ştatında yaşanıb.

Zooparkda 22 yaşlı stajor Aleksandr Blakı aslan parçalayıb. O, zooparka 2 həftə öncə işə düzəlibmiş.

Polis əməkdaşları gəncin cəsədini qəzəbli şirin caynağından çıxarmağa cəhd etsələr də, heyvan buna imkan verməyib. Nəticədə onu iynə ilə yatızdırmaq məcburiyyətində qalıblar.

Məlum olub ki, bu zooparkda işçilərin və ziyarətçilərin təhlükəsizliyi lazımi səviyyədə qorunmur. Faktla bağlı araşdırmalara başlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru