Saunada kütləvi zəhərlənmə olub

4-01-2019, 07:26           
Saunada kütləvi zəhərlənmə olub
Qadınlara tibbi yardım göstərilib, hal-hazırda müalicələri davam etdirilir
Türkiyədə hamamda kütləvi zəhərlənmə baş verib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə Dördyol ilçəsində qadınlar hamamda olan zaman səhhətlərində problem yaranıb. Təcili tibbi yardım çağırılıb və məlum olub ki, 18 qadın zəhərlənib. Bir neçə gün öncə hamamı təmizləyən zaman istifadə edilən təmizləyici maddənin qalıqları isti su ilə təması insanların zəhərlənməsinə səbəb olub.

Qadınlara tibbi yardım göstərilib, hal-hazırda müalicələri davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru