Rusiyanın daha bir şəhərində bina uçdu

4-01-2019, 09:01           
Rusiyanın daha bir şəhərində bina uçdu
Rusiyanın daha bir şəhərində bina uçub.

Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Novoçerkassk şəhərində baş verib.

Rostov vilayət Prokurorluğundan bildiriblər ki, artıq faktla bağlı yoxlamalara başlanılıb.

Dörd mərtəbəli administrativ binanın divarlarından biri yerli vaxtla saat 18.50-də uçub. Binanın bir hissəsindən istifadə olunmayıb, digər hissəsi isə icarəyə verilib.

Hadisə nəticəsində zərərçəkən olmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.