Bakı metrosunda ölüm hadisəsi baş verib

4-01-2019, 22:02           
Bakı metrosunda ölüm hadisəsi baş verib
Bakı metropolitenində ölüm hadisəsi baş verib.

“Həzi Aslanov” stansiyasından hərəkət edən qatarda şəxsiyyəti hələlik məlum olmayan kişinin halı qəfil pisləşib. Həmin şəxs “Ulduz” stansiyasında sərnişinlərin köməyilə qatardan düşürülüb. Təcili yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov “Qafqazinfo”ya açıqlamasında ölüm faktını təsdiqləyib.

Həmin şəxsin kimliyi dəqiqləşdirildikdən sonra məlumat veriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru