Dəniz quldurları Qvineya körfəzində Rusiyanın 6 vətəndaşını oğurlayıblar

5-01-2019, 07:25           
Dəniz quldurları Qvineya körfəzində Rusiyanın 6 vətəndaşını oğurlayıblar
Dəniz quldurları Qvineya körfəzində "MSC Mandy" konteynerdaşıyan gəmisinin altı ekipaj üzvünü oğurlayıblar.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə bu barədə Rusiyanın Dəniz və Çay Donanmasının Xilasetmə-Koordinasiya Mərkəzinin məlumatında deyilir.

Qeyd edilir ki, oğurlananların hamısı ruslardır. Məlumata görə, 24 heyət üzvünün olduğu "MSC MANDY" gəmisi sahildən 20 mil məsafədə, Kotonou (Benin) limanında dreyf zamanı piratların hücumuna məruz qalıb. Hadisə zamanı gəmidə 1 Ukrayna və 23 nəfər Rusiya vətəndaşı olub.

Daha əvvəl Yunanıstanın itkin düşmüş "Pantelena" tankeri də dəniz quldurları tərəfindən ələ keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru