Azərbaycan Belarusdan “Giatsin-B” haubitsaları alıb - FOTO

5-01-2019, 07:46           
Azərbaycan Belarusdan “Giatsin-B” haubitsaları alıb - FOTO
Azərbaycan 2017-ci ildə Belarusdan 26 ədəd haubitsa alıb.

Teref.az “AzeriDefence”yə istinadən bildirir ki, barədə Azərbaycan Hökumətinin BMT-nin Adi Silahlar Registrinə təqdim etdiyi hesabatda bildirilib.

Hesabatda Azərbaycanın Belarusdan 152 mm çaplı 2A36 “Giatsin-B” haubitsasının aldığı qeyd olunub.

Bundan başqa, Azərbaycan 2017-ci ildə Rusiyadan 61 ədəd zirehli döyüş maşını, Türkiyədən isə 36 ədəd TR-300 raketi aldığını açıqlayıb.

“Giatsin-B” haubitsanın ağırlığı 9760 kq, heyəti 8 nəfər, atış tempi dəqiqədə 6 mərmidir. Effektiv atış məsafəsi 30.5 km-dən reaktiv mərmilərlə 40 km qədərdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru