SON DƏQİQƏ: Bakıda 5 maşın toqquşdu - BÖYÜK TIXAC yarandı - FOTO
5-01-2019, 20:43
Axşam saatlarında paytaxtın Heydər Əliyev prospektində zəncirvari yol qəzası olub.
“Report” xəbər verir ki, hadisə prospekt ilə hava limanı istiqamətində hərəkətdə olan 5 maşının ardarda toqquşması nəticəsində baş verib. Qəza yolda böyük tıxaca səbəb olub. Xəsarət alanlar barədə məlumat yoxdur.